Content

OnSET (Almaniyada yay dil kursu)

Cari ilin 11-13-14 dekabr tarixlərində DAAD-nin Almaniyada yay dil kursu təqaüdünə (Hochschulsommerkurse in Deutschland für ausländische Studierende und Graduierte) müraciət etmiş şəxslər üçün alman dilində onSET imtahanı keçiriləcəkdir.
QEYD: Əgər tələblərə uyğun dil sertifikatınız artıq varsa, onSET imtahanına ehtiyac yoxdur. Müraciət edərkən digər tələb olunan sənədlərlə birlikdə həmin dil sertifikatını deadline kimi portala yükləyin.
Dil biliklərini sübüt edən sənədi olmayan şəxslərin nəzərinə: onSET imtahanı qeyd olunmuş proqramın son müraciət tarixındən sonra keçirildiyinə görə, DAAD portalında müraciət zamanı “Sprachnachweis” tələb olunan bölməyə aşağıdaki linkdən yükənmiş sənədi əlavə edin (PDF formata çevirin):
onSET imtahanına qeydiyyatdan keçmək üçün 4-5-6-7 dekabr tarixlərində alioglu@daad-georgia.org elektron poçtuna mail yazın
Bütün iştirakçılar imtahana öz notebooklarını gətirməlidirlər. Bu notebookun WiFi şəbəkəsinə daxil olma funksiyası və Google Chrome brauzeri olmalıdır.
-OnSET harada keçiriləcək?
OnSET imtahanı Alman Dili Tədris Mərkəzində keçiriləcəkdir.
Ünvan: Bəşir Səfəroğlu küç. 133, Bakı 1009, Azərbaycan
-Testin qiyməti nə qədərdir?
DAAD təqaüdünə müraciət etmiş şəxslər üçün test ödənişsizdir.
-Testi kim edə bilər?
Yalnız DAAD-nin Hochschulsommerkurse in Deutschland für ausländische Studierende und Graduierte proqramına müraciət etmiş şəxslər imtahanda iştirak edə bilər.
-İştirak etmək istəyirəmsə, nə etməliyəm?
1. Tam məlumatlarınızla www.onset.de saytında qeydiyyatdan keçin.
2. alioglu@daad-georgia.org elektron poçtuna mail yazın (yalnız qeydiyyat zamanı- 4-5-6-7 dekabr tarixlərində)
3. Həmin maildən TAN (Əməliyyat Nömrəsi) ilə bir cavab məktubu alacaqsınız.
4. www.onset.de saytına daxil olaraq müvafiq imtahan tarixini və saatı TAN ilə qeyd edin və imtahanı verəcəyiniz dili seçin. Test mərkəzi olaraq „DAAD İnformationszentrum Baku“ göstərin. Buna baxmayaraq imtahan Alman Dili Tədris Mərkəzinin ofisində baş tutacaq.
5. İmtahan günü Alman Dili Tədris Mərkəzinin ofisinə gəlin.
6. İmtahana şəxsiyyəti təsdiq edən sənəd (pasport və ya şəxsiyyət vəsiqəsi) və notebook gətirməlisiniz.
OnSet saytı üçün giriş məlumatlarınızı unutmayın: username və password.
Hər hansı bir sualınız varsa, müraciət edin: alioglu@daad-georgia.org.

Alman universitetlərinin elanları

Discover the top-ranked International Master & PhD Programs at RPTU Un...

24 International Master & PhD Programs at RPTU University of Kaiserslautern-Landau Application Deadline: Apr 30 & Oct 31 More information: https://rptu.de/international/home

Ətraflı

„Advanced Quantum Physics“ International Master’s program at RPTU in K...

Discover modern science on atomic & sub-atomic scales at one of the leading German research departments and learn from award-winning teachers.

Ətraflı

Truly international – Study at ESB Business School!

Do you want to study in the heart of Germany, Europe’s strongest and most dynamic economy? Come to ESB Business School at Reutlingen University!

Ətraflı

Apply to the TUM Global Postdoc Fellowship at Technical University of ...

The TUM Global Postdoc Fellowship is a funding opportunity for external postdoctoral scientists who are currently residing abroad and would like to start their research at TUM.

Ətraflı

Study in Berlin - MBA & International Master’s Programmes

Study management in English. Improve your leadership skills. Gain digital know-how. Become part of an international student body. Benefit from many corporate activities, valuable career consultation a...

Ətraflı
1/5

Əlaqə

DAAD işarələnmiş xəritənin skrinşotu