DAAD prezidentinin Gürcüstana rəsmi səfəri
Harada: Qafqaz Universiteti / Tbilisi, Paata Saakadze küç., 1
Nə vaxt: 12.10.2022 / 15:00
DAAD tələbə və tədqiqatçıların beynəlxalq mübadiləsi üzrə dünyanın ən böyük maliyyələşdirici təşkilatıdır. Almaniyadakı mərkəzi ofisi Bonnda yerləşir. DAAD-ın fəaliyyəti Almaniya Federativ Respublikasının xarici siyasətinin təhsil və mədəniyyət istiqamətlərinin bir hissəsidir (AKBP). Rusiyanın Ukraynaya hücumundan sonra DAAD-ın yeni reallıqdakı rolunu dəqiq müəyyənləşdirmək zərurəti yarandı. Almaniyanın federal kansleri Şolz Rusiyanın Ukraynaya hücumunu “paradiqmanın dəyişməsi” və ya “fundamental dönüş nöqtəsi” (Zeitenwende) adlandırıb. Bu da alman siyasətinin təkcə xarici, təhlükəsizlik və müdafiə deyil, həm də təhsil və mədəniyyət istiqamətlərinin dəyişməsini vurğulayır.
İctimai mühazirə 24 fevral 2022-ci il hadisələrinin Alman (və Avropa) nöqteyi-nəzərindən akademik mübadilə və elmi əməkdaşlığa necə təsir göstərdiyinə diqqət yetirəcək. Bundan əlavə, “Science Diplomacy” və onun “beynəlxalq akademik əlaqələrə əsaslanan real siyasət” kimi yeni anlayışı müzakirə olunacaq.
Görüş hibrid formatda keçiriləcək. Maraqlananlar aşağıdakı link vasitəsilə görüşdə iştirak edə bilərlər:
Join Zoom Meeting
Meeting ID: 815 4703 1215
Passcode: 089273